Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlı...
20:56 04.11.2026
0
0
0
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb. Bu il ilk dəfə olaraq Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərinin də parlamentin komitə iclaslarında keçirilən büdcə müzakirələrində iştirakı təmin olunur.
Maliyyə Nazirliyindən bildirilib ki, noyabrın 4-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihəsinin müzakirəsində Maliyyə Nazirliyi yanında İctimai şuranın sədri İnqilab Əhmədov iştirak edib.
İctimai Şuranın büdcə müzakirələrində təmsil olunması büdcə prosesində şəffaflığın artırılması, büdcə məlumatlarına əlçatanlığın genişləndirilməsi və ictimai iştirakçılığın təşviqi istiqamətində Maliyyə Nazirliyinin son dövrlərdə həyata keçirdiyi tədbirlərin davamıdır.
Bu iştirakçılıq vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət büdcəsinin prioritetləri və əsas parametrləri ilə bağlı parlament müzakirələrini bilavasitə izləməsinə, müzakirə olunan məsələlər barədə daha dolğun məlumat əldə etməsinə imkan yaradır.
Digər xəbərlər