Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
12:36 03.09.2026
0
0
0
Ölkəmin - Xorvatiyanın təcrübəsindən bilirəm ki, minatəmizləmə fəaliyyəti yalnız çirklənmiş ərazilərin minalardan təmizlənməsindən ibarət deyil. Bu fəaliyyət insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması, icmaların normal həyat tərzinə, sabitliyə və ümidə qovuşması üçün zəruri şəraitin yaradılması deməkdir. Bizim mesajımız aydın və dəyişməzdir: Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır. Bu baxımdan, bu gün keçirilən müzakirələr xüsusi əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə fəaliyyətinin şəhərlərin bərpasına necə daha səmərəli dəstək verə biləcəyi, standartların necə təkmilləşdirilə biləcəyi və tərəfdaşlıqların yerlərdə daha effektiv nəticələrin əldə olunmasına necə töhfə verə biləcəyi barədə təcrübə mübadiləsi aparmağa imkan verir:”Çünki son nəticədə məqsəd yalnız əraziləri minalardan təmizləmək deyil, təhlükəsizliyi bərpa etməkdir. Yalnız riskləri aradan qaldırmaq deyil, insanların geri qayıtmasına imkan yaratmaqdır. Yalnız əraziləri istifadəyə açmaq deyil, icmaları yenidən qurmaqdır”.
Digər xəbərlər