Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Ko...
17:26 31.07.2026
0
0
0
2026-cı ildən etibarən II ixtisas qrupu üzrə 150 ballıq ixtisasların siyahısı genişləndirilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. DİM rəhbəri qeyd edib ki, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.
Məleykə Abbaszadə bildirib ki, həmin ixtisaslar üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsinə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.
DİM sədri qeyd edib ki, marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisasları üzrə tətbiq olunan qaydalar isə əvvəlki illərdə olduğu kimi qüvvədə qalır.
Aparılan dəyişikliklər II ixtisas qrupu üzrə 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin seçim imkanlarını genişləndirəcək.
Digər xəbərlər