Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Ko...
17:26 31.07.2026
0
0
0
2026-cı ildən etibarən I ixtisas qrupunun riyaziyyat–kimya (RK) altqrupu üzrə beş yeni ixtisas 150 ballıq siyahıya daxil edilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.
DİM sədrinin sözlərinə görə, yenilik riyaziyyat–kimya altqrupu üzrə abituriyentlərin ixtisas seçimi imkanlarının artırılmasına xidmət edir.
Digər xəbərlər