Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ...
19:40 09.09.2026
0
0
0
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təşəbbüsü ilə yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”nın Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən ikinci toplantısında iştirak edib.
"Şərq qapısı" AMB-yə istinadla xəbər verir ki, Baş direktor Azərbaycanda yaşıl maliyyənin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verərək regional əməkdaşlığın bu sahədə zəruri infrastrukturun və potensialın gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Toplantıda TDT ölkələrində yaşıl və dayanıqlı maliyyələşmənin inkişafı, təbiətyönümlü həllərin və regional əməkdaşlığın təşviqi üzrə növbəti addımlar və təkliflər müzakirə olunub.
Tədbirin yekununda Türk Yaşıl Maliyyə Şurasının ikinci toplantısının nəticələri üzrə Şuranın fəaliyyət istiqamətlərinin genişləndirilməsini əks etdirən Kommünike imzalanıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə Türk Yaşıl Maliyyə Şurasına üzv olub. Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, habelə ekoloji, sosial və idarəetmə (ESİ) faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətləri göstərməkdir.
Digər xəbərlər