NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

...

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb.

"Şərq qapısı" xəbər verir ki, AMB-dən bildirilib ki, uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7,5 faiz səviyyəsinə endirilib.

Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2 faiz) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Nəşr edilib : 04.02.2026 10:29