NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Metin Yener: “Naxçıvan Dövlət Universitetində olmaqdan böyük məmnuniyyət duyuram”

...

 “Naxçıvan Dövlət Universitetində olmaqdan böyük məmnuniyyət duyuram. Bu gözəl tədbir proqramı üçün universitetin rektoruna təşəkkür edirik". 
Bu sözləri Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener jurnalistlərə mūsahibəsində söyləyib. 
O qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Hesablama Palatası arasındakı bu proqramın bağlanış tədbirində iştirak etmək, Türkiyə Respublikası Hesablama Məhkəməsi və Azərbaycan Hesablama Palatası arasında bu cür əlaqələrin daha da inkişaf etməsi böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Türkiyə universitetləri də Naxçıvan Dövlət Universiteti, Türkiyə və Azərbaycan Hesablama Palataları ilə birgə proqramlar hazırlaya bilərlər.

Nəşr edilib : 17.06.2025 15:41