NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Mikayıl Cabbarov: Azərbaycan İsrailin enerji sektorunda əhəmiyyətli investor kimi çıxış edir

...

Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vacib sahələrindən biri enerji sektorudur.

"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaş rolundan əlavə, İsrailin enerji sektorunda əhəmiyyətli investor kimi çıxış edir.

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp və “NewMed” ilə tərəfdaşlıqda İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsində operator kimi çıxış edir. Eyni zamanda, "Tamar" qaz yatağının 10 faizlik payının əldə edilməsi bu tərəfdaşlığın güclənməsini əks etdirir. Əczaçılıq sektorunda İsrail şirkəti Azərbaycanda layihə həyata keçirilməsini davam etdirir”, - deyə nazir vurğulayıb.

Nəşr edilib : 26.01.2026 16:42