NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Milli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək

...

Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, deputat ATƏT PA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək.

Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək.

Səfər mayın 19-da başa çatacaq.

Nəşr edilib : 15.05.2025 15:02