Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun ...
20:06 19.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9 503 manat olan “Mpay” ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.
Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək insanların olmadığı vaxt aralığında oğurluq əməlini həyata keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər xəbərlər