NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Mixay Popşoi Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb

...

Gələcək illərdə məsləhətləşmələr daimi əsasda keçirilməli və beynəlxalq platformalarda bir-birimizi dəstəkləməliyik.

İqtisadiyyat və enerji sahələrində əlaqələrimizi daha da gücləndirmək istəyirik.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib.

Enerji böhranı zamanı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edən moldovalı nazir deyib: “Əlaqələrimiz təkcə təbii qazın çatdırılması ilə məhdudlaşmamalı, həmçinin yaşıl enerji sahəsində də əməkdaşlıq edilməlidir”.

Mixay Popşoi, həmçinin Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb.

Nəşr edilib : 06.03.2026 14:23