NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Moldovanın Baş nazirinin müavini Zəfər parkını ziyarət edib

...

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Bakıda Zəfər parkını ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Nəşr edilib : 06.03.2026 13:10