NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Monteneqro XİN: Azərbaycan xalqı ilə həmrəyik

...

Monteneqro İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə hücumu qətiyyətlə pisləyir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu cür hərəkətlər regional təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır.

“Gərginliyi azaltmaq və dialoqa qayıtmaq üçün təcili ehtiyac olduğunu vurğulayırıq. Monteneqro Azərbaycan xalqı ilə həmrəydir və dərhal gərginliyin azaldılmasına çağırır”, - deyə məlumatda, həmçinin vurğulanıb.

Nəşr edilib : 05.03.2026 22:25