NAXÇIVAN :

17 Aprel 2026, Cümə

Moskvada Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb, xəsarət alan olmayıb

...

Martın 7-də təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.
"Şərq qapısı" xəbər verir ki, avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.
Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb.
Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.

Nəşr edilib : 07.03.2026 23:22