NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Müdafiə Nazirliyi: Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

...

Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik. “Şərq qapısı” xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanatında bildirilib. “Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir. Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır, - deyə bəyanatda qeyd olunub.

Nəşr edilib : 09.03.2026 16:37