NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə səfərdədir

...

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də MN-in rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb.

Müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanış olması, həmçinin bir sıra görüşlərinin keçirilməsi planlaşdırılıb.

Nəşr edilib : 22.07.2025 16:54