Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti y...
19:43 13.02.2026
0
0
0
NAXÇIVAN :
13 Fevral 2026, Cümə
Türkiyə iqlim dəyişikliyi səylərini izləyən ölkələr sırasından çıxıb və hazırda ətraf mühitin qorunması üçün addımları müəyyən edən qlobal aktorlar arasındadır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ölkənin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibi hüququ əldə etməsinə həsr olunmuş sosial media paylaşımında bildirilib.
M. Kurum xatırladıb ki, Türkiyənin iqlim böhranının həlli üzrə ilk əhəmiyyətli addımları 2004-cü ildə Cenevrədə əldə edilən beynəlxalq razılaşmalara əsasən atılıb.
O bildirib ki, son 21 ildə Türkiyə iqlim dəyişikliyi ilə mübarizə sahəsində inqilabi addımlar atıb və bu, Ankaranın qlobal miqyasda ətraf mühit siyasətini müəyyənləşdirmək üçün ən qlobal platformalardan birinə ev sahibliyi etmək hüququnu əvvəlcədən müəyyənləşdirib.
Nazir qeyd edib ki, 2022-ci ilin fevral ayında Türkiyə İqlim Şurasının fəaliyyətə başlamasından sonra ölkənin ilk iqlim qanununun hazırlanması səylərinin əsasını təşkil edən 217 təklif hazırlanıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın 2053-cü ilə qədər sıfır emissiya hədəfini açıqlaması da Türkiyənin ətraf mühit siyasətində atılan mühüm addım olub. Son iki ildə Türkiyə COP31-ə ev sahibliyi etmək üçün xeyli diplomatik səy göstərib. Bu, Braziliyanın Belem şəhərində keçirilən iqlim sammiti çərçivəsində beşgünlük müzakirələrlə nəticələnib”, - deyən türkiyəli nazir gələn il 196 ölkənin nümayəndələrinin Türkiyədə qlobal ekoloji problemləri müzakirə edəcəyini vurğulayıb.
M. Kurum COP-un Türkiyədə keçirilməsi qərarını ölkə üçün tarixi diplomatik qələbə adlandırıb.
Türkiyəli nazir paylaşımına Ankaranın ətraf mühit gündəliyinin mərhələləri haqqında infoqrafika da əlavə edib.
Digər xəbərlər