Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayənd...
15:58 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
Bizim əsas prioritetimiz beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir. İqlim dəyişikliyi artıq kövrəklik, münaqişə, məcburi köçkünlük və humanitar ehtiyaclarla üzləşən ölkələr, xüsusilə də ən az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün ciddi nəticələr doğurur. Bu, həssas icmalara, dolanışıq mənbələrinə, ərzaq və su təhlükəsizliyinə, inkişafa və uzunmüddətli sabitliyə əlavə təzyiq yaradır.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti 2026” çərçivəsində keçirilən "Sülh, humanitar yardım və bərpa üçün dövlət və özəl sektorun iqlim maliyyəsinin səfərbər edilməsi" adlı dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib kj, məhz bu ölkələr çox vaxt iqlim maliyyəsinə çıxışda ən böyük maneələrlə qarşılaşır: "Məhdud institusional imkanlar, mürəkkəb prosedurlar, kifayət qədər resursların olmaması və yüksək investisiya riskləri milli prioritetlərin maliyyələşdirilən və həyata keçirilən layihələrə çevrilməsini çətinləşdirir. Məhz bu şəraitdə biz Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzini təsis etdik. Mərkəzin məqsədi həssas və kövrək ölkələrə Yaşıl İqlim Fondunun Hazırlıq Proqramı çərçivəsində milli səviyyədə müəyyən edilmiş pilot layihələrin hazırlanmasında dəstək göstərməkdir. Növbəti mərhələ isə həmin pilot layihələrin maliyyələşdiriləbilən və investisiya üçün hazır layihələrə çevrilməsi məqsədilə dövlət, özəl və qarışıq maliyyə vəsaitlərinin səfərbər edilməsidir".
Digər xəbərlər