NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Muxtar respublika məktəblərində şagirdlərin profilaktik tibbi müayinələri keçirilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq payız-qış mövsümünün başlanması ilə əlaqədar məktəblərdə şagirdlərin profilaktik tibbi müayinələri keçirilib. Tədbirin əsas məqsədi uşaqların sağlamlığının qorunması, onların fiziki və psixi inkişafının izlənməsi, eləcə də mümkün xəstəliklərin erkən mərhələdə aşkarlanaraq vaxtında müdaxilə olunmasıdır.
Müayinələr pediatr, nevropatoloq, oftalmoloq, LOR və digər ixtisas üzrə həkimlər tərəfindən aparılıb. Şagirdlərin sağlamlıq vəziyyəti hərtərəfli qiymətləndirilib, aşkar olunan xəstəlik və ya risk faktorları üzrə müvafiq tibbi tədbirlər görülüb. Zərurət yarandıqda uşaqlara xüsusi müalicə təyin edilib və əlavə nəzarətə götürülüblər. Naxçıvan şəhəri üzrə, ümumilikdə, 13 143 nəfər şagird müayinəyə cəlb olunub.
Qeyd edək ki, bu istiqamətdə görülən profilaktik tədbirlər mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə uşaq bağçalarında tibbi müayinələrin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 03.11.2025 18:45