Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı ol...
21:14 24.05.2025
0
0
0
Xalqımızın dini və milli-mənəvi dəyərlərinin təcəssümü hesab olunan Qurban bayramı bu il ölkəmizdə 6, 7 iyun tarixlərində qeyd ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
"Şərq qapısı" xəbər verir ki, Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq ki, ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Bunlardan 6-da həm kəsim, həm satış, 1-də yalnız heyvan kəsimi xidmətləri, 1-də isə yalnız diri heyvanların satışı təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər.
Digər xəbərlər