Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Carı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528 torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan qeyri-yaşayış binalarının sayında 43,3 faiz, torpaq sahələrinin sayında 0,7 faiz, fərdi yaşayış və bağ evlərinin sayında 7,1 faiz, əmlak kompleksi kimi müəssisələrinin sayında 9 faiz artım olub.
Digər xəbərlər