NAXÇIVAN :

21 Sentyabr 2026, Bazar ertəsi

“Naxçıvan” amerikalı basketbolçu ilə heyətini gücləndirib

...

“Naxçıvan” basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Klubdan verilən məlumata görə, komanda amerikalı basketbolçu Maylz Uilmosla müqavilə imzalayıb. 2,08 metr boya malik 25 yaşlı basketbolçu karyerasının sonuncu mövsümünü NCAA-də mübarizə aparan “Kanisius Qolden Qriffins” komandasında keçirib.

Qeyd edək ki, amerikalı basketbolçu ilə imzalanan müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

Nəşr edilib : 21.09.2026 14:28