TMİB-in İcraçı direktoru vəzifəsindən azad edilib...
21:56 15.05.2025
0
0
0
NAXÇIVAN :
15 May 2025, Cümə axşamı
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru Nezahat Ceylan, AMEA Naxçıvan Bölməsinin gənc arxeoloqları Elmar Baxşəliyev və Heyran Həsənovanın həmmüəllifi olduğu “Sioni tipli keramikanın Cənubi Qafqazda yayılması problemi Tumbultəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar kontekstində” adlı elmi məqaləsi Rusiyanın yüksək reytinqli “Rossiyskaya arxeoloqiya” elmi jurnalının 2025-ci ildəki ilk sayında çap olunub.
Məqalədə qeyd olunur ki, dünya elmi ictimaiyyəti və bəzi qafqazşünaslar tərəfindən Cənubi Qafqazın Son Eneolit dövrü mədəniyyəti ümumi olaraq bəzən Sioni, yaxud Sioni-Çopi, bəzənsə Sioni-Çopi-Qinçi mədəniyyəti adlandırılır. Naxçıvandakı qədim yaşayış məskənlərində Sioni tipli keramikanın çox az yayılmasına baxmayaraq, dövr üzrə yeni tədqiq edilmiş arxeoloji abidələrin tədqiqatlara işıq tutduğu vurğulanır. Diqqətə çatdırılır ki, Tumbultəpə yaşayış məskəni və Naxçıvandakı digər abidələrdə aşkarlanmış maddi mədəniyyət nümunələrinin, xüsusilə də keramika məmulatlarının araşdırılması, Cənubi Qafqazın Son Eneolit dövrü mədəniyyətlərinin, o cümlədən Sioni mədəniyyəti ilə bağlı məsələlərin aydınlaşdırılması baxımından çox əhəmiyyətlidir.
Cənubi Qafqazda Son Eneolit dövrünə aid abidələrin bir qrupunu Sioni-Çopi-Qinçi mədəniyyəti adlandırmaq mümkün olsa da, müəlliflərin fikrincə, bu Cənubi Qafqazın bütün abidələrinə şamil oluna bilməz. Əsərdə yeni əldə olunmuş arxeoloji faktlara əsaslanmaqla irəli sürülən fikirlər sübuta yetirilir.
Qeyd edək ki, jurnal “Scopus” və “Web of Science” başda olmaqla bir sıra elmmetrik baza üzrə indeksə malikdir.
Digər xəbərlər