NAXÇIVAN :

09 May 2026, Şənbə

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyəyə geniş qastrol proqramı ilə gedir

...

Naxçıvan Dövlət Kukla Teatrından Türkiyədə tarixi addım – ilk dəfə olaraq eyni qastrol səfərində həm uşaqlar, həm də böyüklər üçün tamaşalar nümayiş olunacaq.
“Şərq qapısı” xəbər verir ki, qardaş ölkədə baş tutacaq səfər çərçivəsində teatr kollektivi iki gün ərzində həm uşaqlar, həm də böyüklər üçün tamaşa təqdim edəcək. Bu qastrol səfəri Azərbaycan teatr sənətinin beynəlxalq müstəvidə tanıdılması, milli-mədəni dəyərlərimizin təbliği və ölkələrarası mədəni əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov bildirib ki, bu səfər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsindədir və milli teatr sənətinin inkişafı, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və yeni tamaşaçı auditoriyasının formalaşdırılması üçün mühüm imkanlar yaradır.
Qastrol proqramında nümayiş olunacaq tamaşalar müasir səhnə tərtibatı, peşəkar aktyor oyunu və zəngin kukla estetikası ilə seçiləcək. Teatr kollektivi bu səfərlə Azərbaycan mədəniyyətini və kukla sənətini Türkiyə tamaşaçılarına yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub.

Nəşr edilib : 09.05.2026 13:19