NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Naxçıvan Dövlət Milli Dram Teatrında “Balaca aktyorlar”müsabiqəsinin baxış və mükafatlandırma mərasimi baş tutub

...

15 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Şəhər Təhsil Şöbəsinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Balaca aktyorlar” müsabiqəsinin baxış və mükafatlandırma mərasimi baş tutub. 
Münsiflər heyəti tərəfindən “ifa  tərzi”, “səhnə mədəniyyəti” və “epizoda uyğun canlandırma” meyarları  üzrə  qiymətləndirmə aparılıb. 
Nəticədə, ən yüksək nəticə göstərən üç kollektiv – 3 nömrəli körpələr evi-uşaq bağçası I yer, 8 nömrəli körpələr evi-uşaq bağçası II  yer, 12 nömrəli körpələr evi-uşaq bağçası isə III yerə layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunub.

Nəşr edilib : 15.12.2025 22:16