NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı universitetləri sırasında yer alıb

...

Naxçıvan Dövlət Universiteti beynəlxalq ali təhsil reytinqi sahəsində mühüm uğura imza atıb. 
"Şərq qapısı" xəbər verir ki, universitet dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Times Higher Education tərəfindən açıqlanan THE Impact Rankings 2026 nəticələrinə əsasən 1603 universitet arasında dünyanın ən yaxşı 801-1000-ci universitetləri sıralamasında qərarlaşıb.
Reytinq universitetlərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) verdiyi töhfələr əsasında müəyyənləşdirilir. Naxçıvan Dövlət Universiteti müxtəlif istiqamətlər üzrə aşağıdakı nəticələri əldə edib:
SDG 3 – Sağlamlıq və rifah: 801-1000
SDG 4 – Keyfiyyətli təhsil: 401-600
SDG 7 – Əlçatan və təmiz enerji: 401-600
SDG 8 – Layiqli əmək və iqtisadi artım: 801-1000
SDG 9 – Sənaye, innovasiya və infrastruktur: 601-800
SDG 10 – Bərabərsizliyin azaldılması: 301-400
SDG 11 – Dayanıqlı şəhərlər və icmalar: 601-800
SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq: 601-800
Ümumi qiymətləndirmədə 55,4 bal toplayan Naxçıvan Dövlət Universiteti qlobal ali təhsil məkanında mövqeyini daha da gücləndirib.

Nəşr edilib : 25.06.2026 17:37