Azərbaycan-Belarus biznes forumunda 19 milyon doll...
22:43 05.05.2025
0
0
0
NAXÇIVAN :
05 May 2025, Bazar ertəsi
Naxçıvan Dövlət Universitetində universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Ulu Öndərin Xatirə Həftəsi”nə start verilib. Layihə çərçivəsində 5-8 may tarixlərdə ali təhsil müəssisəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
“Ulu Öndərin Xatirə Həftəsi” çərçivəsində ilk olaraq Naxçıvan Dövlət Universiteti kollektivi dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini və onun adını daşıyan muzeyi ziyarət edib. Rektor Elbrus İsayev universitetin prorektorları, fakültə dekanları, kafedra müdirləri və Tələbə Elmi Cəmiyyətində yer alan tələbələr Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra kollektiv Heydər Əliyev Muzeyini ziyarət edib. Muzeydə Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri barədə geniş məlumat verilib. Ziyarətçilər muzeydə Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərinə, şəxsi əşyalarına, diplomatik görüşlərini əks etdirən sənədlərə və xatirə hədiyyələrinə baxış keçiriblər. Muzeyin ekspozisiyasında Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə həyata keçirdiyi mühüm siyasi qərarları əks etdirən materiallarla tanış olublar.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Ulu Öndərin Xatirə Həftəsi” çərçivəsində 2024-2025-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin Yekun Konfransı, “Ömrün Naxçıvan Aşırımları” tarixi-sənədli filminin nümayişi, “Qayıdışdan başlayan Qurtuluş” adlı panel müzakirə, “Müstəqilliyin Ulu Öndər Zirvəsi” adlı şeir müsabiqəsi, “Mənim həyatımın məqsədi Azərbaycandır!” adlı dəyirmi masa kimi silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Digər xəbərlər