Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın əra...
00:35 27.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 9-cu bölgələrarası kubok yarışı keçirilib. Ölkənin müxtəlif bölgələrini – Abşeron, Ağdaş, Gəncə, Kürdəmir, Qax, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Şamaxı, Talaçay və Zaqatalanı təmsil edən 60-dan çox gimnast bu yarışda öz bacarıqlarını nümayiş etdirib.
Naxçıvan Muxtar Respublikasından yarışa məşqçi Humay Qafarovanın rəhbərliyi altında 7 idmançı qatılıb. Təmsilçilərimizdən ikisi mükafatçılar sırasına düşüb.
Çoxnövçülük proqramında Təranə Əlizadə (alətsiz, top və gürzlərlə) 2014-cü il təvəllüdlülər, Nilufər Kərimli (alətsiz, halqa və gürzlərlə) isə 2015-ci il təvəllüdlülər arasında bürünc medal qazanmağa müvəffəq olublar.
Digər xəbərlər