NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvan karateçiləri beynəlxalq turnirdə ölkəmizi uğurla təmsil ediblər

...

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının dəstəyi, “Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə 30-31 yanvar tarixlərdə Sərhədçi İdman Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş XI “Arpachay Open” beynəlxalq karate turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata əsasən 12 ölkədən 1200-ə yaxın idmançının mübarizə apardığı yarışda Naxçıvanda fəaliyyət göstərən “Qapıçıq” və “Naxçıvan” Karate klubları 2 məşqçi və 15 idmançı ilə təmsil olunublar. Yarışın yekun nəticələrinə əsasən Naxçıvandan olan karateçilər 4 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə, 10 medal qazanıblar.
“Qapıçıq” Karate Klubunun idmançılarından Məhəmməd Quluzadə (12 yaş, 55 kq) və Əli Rəhimov (8 yaş, 27 kq) çıxışını birinci yerlə tamamlayaraq qızıl medala sahib çıxıblar. Altay Əliyev (11 yaş, 40 kq) və Fuad Hüseynov (8 yaş, 30 kq) gümüş, Xədicə Bayramova (10-11 yaş, 38 kq), Adil Əliyev (9 yaş, 34 kq), İsa Abbasov (9 yaş, 27 kq) və Yusif Həsənli (7 yaş, 24 kq) isə bürünc medalla mükafatlandırılıblar. 
“Naxçıvan” Karate Klubunun idmançılarından Fatimə Bağırzadə (10-11 yaş, +38 kq) və Sona Nəcəfbəyli (8-9 yaş, –30 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.  “Arpachay Open” turniri çərçivəsində uşaqlar arasında ölkədaxili yarış formatında keçirilən görüşlərdə də “Naxçıvan” Karate Klubunun idmançıları fərqləniblər. Belə ki, Fuad Sadiqov (10-11 yaş, –40 kq) birinci, Ruslan Fətullazadə (9 yaş, −40 kq) isə üçüncü yerin sahibi olublar.

Nəşr edilib : 04.02.2026 16:29