Azərbaycanla Sudan diplomatik pasport sahiblərini ...
14:54 22.07.2026
0
0
0
Azərbaycan Karate Federasiyasının (AKF) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə İdman Sarayında “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən komandaların tərkibində, ümumilikdə, 600 idmançı iştirak edib.
Yarışda Naxçıvan Karate nümayəndəliyindən 22 idmançı iştirak edib. Onlar 6-sı qızıl, 7-si gümüş, 5-i bürünc olmaqla, ümumilikdə, 18 medal əldə ediblər.
Əsas liqada çıxış edən Naxçıvan karateçilərindən Xədicə Bayramlı (42 kq) 14 yaşadək qızlar arasında qızıl medal qazanıb. Nur Əliyeva (Kadetlər, 61 kq) və Sona Nəcəfbəyli (U10, 35 kq) bürünc medal qazanıblar.
İkinci liqada Nicat Əsgərli, Adil Əliyev, Alisa Pelent, Aylin Əlizadə, Ayan Cəfərova qızıl, Yusif Həsənli, Məhəmməd Quluzadə, Həsən İbrahimli, Əli Həmidov, Duyğu Ağayeva, Nuray Əlizadə, İsa Abbasov gümüş, Malik İbrahimli, Əli Rəhimov və Altay Əliyev isə bürünc medala layiq görülüblər.
Əlavə edək ki, məşqçilərdən AKF-nin Naxçıvan üzrə nümayəndəsi Nəriman Quliyev və Niyaməddin Əliyev regional seminarda iştirak ediblər.
Digər xəbərlər