Adil Kərimli və Anar milli ədəbiyyatın inkişafı il...
23:07 27.07.2026
0
0
0
Dövlət İmtahan Mərkəzinin 2024-2025-ci tədris ili üzrə IX və XI siniflərin buraxılış imtahanlarına dair illik hesabatında Naxçıvan məktəblilərinin uğurlu nəticələri xüsusi diqqət çəkib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, XI siniflər üzrə buraxılış imtahanlarında ölkə üzrə ən yüksək orta nəticə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinə məxsus olub (158,37 bal). Eyni zamanda Ordubad rayonunun şagirdləri də yüksək nəticə göstərərək ölkə üzrə ilk beşlikdə yer alıblar.
IX siniflər üzrə buraxılış imtahanlarında isə Naxçıvan şəhərinin ümumi təhsil müəssisələrinin şagirdləri ölkə üzrə ikinci ən yüksək nəticəni əldə ediblər (143,08 bal). Şahbuz rayonunun məktəbliləri də uğurlu göstəriciləri ilə ölkə üzrə ilk beşlikdə qərarlaşıblar.
Bu nailiyyətlər şagirdlərimizin əzmkarlığının, müəllimlərimizin fədakar əməyinin və təhsil sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir.
Digər xəbərlər