NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

...

Oktyabrın 20-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən Ümumdünya Statistika Günü ilə bağlı təşkil olunan “Statistik olimpiada”nın qaliblərinin  mükafatlandırma mərasimi keçirilib.
Olimpiadada, ümumilikdə, 3355 şagird, 198 tələbə iştirak edib. 
Olimpiadanın nəticələrinə əsasən Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Novruzov Suat Ziya oğlu ll yerin qalibi olub. 
Mükafatlandırma mərasimində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev və digər rəsmi şəxslər iştirak edib.  
Olimpiadada qalib olmuş tələbə və şagirdlər diplom, sertifikat və hədiyyələrlə mükafatlandırılıb. 
Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd gənclər arasında statistikaya marağın artırılması, statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsidir.

Nəşr edilib : 20.10.2025 23:22