"Qohum və erkən nikahların yaratdığı fəsadlar" möv...
21:37 01.05.2025
0
0
0
NAXÇIVAN :
01 May 2025, Cümə axşamı
Bununla bağlı keçirilən iclası giriş sözü ilə Baş nazirin birinci müavini Elşad Əliyev açaraq bildirib ki, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli Fərmanı imzalanmışdır. Həmin Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 5 mart tarixli “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Qərarı qəbul edilmişdir. Komissiya 11 nəfər tərkibdə təsdiqlənmişdir.
Elşad Əliyev diqqətə çatdırıb ki, komissiyanın iclasının gündəliyində duran əsas məsələ 2024-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat barədə məlumatın dinlənilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci il üçün “İş Planı”nın, komissiya tərəfindən keçiriləcək monitorinqlərin təşkili üçün ekspert qrupunun tərkibinin və 2025-ci ildə monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısının təsdiq edilməsindən ibarətdir.
İclasda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 2024-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat barədə çıxış edərək bildirib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası daim nəzarətdə saxlanılmışdır. Belə ki, onların cəmiyyətə inteqrasiya olunması, o cümlədən həmin uşaqların inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, sosial reabiltasiyalarının təmin olunması məqsədilə işlər görülmüş, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir. Ötən il sağlamlıq imkanları məhdud ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 2 nəfəri peşə məktəblərinə, 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 12 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Hüseyn Ələsgərov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci il üçün “İş Planı”nı, komissiya tərəfindən keçiriləcək monitorinqlərin təşkili üçün ekspert qrupunun tərkibi ilə bağlı iclas iştirakçılarına məlumat verib, qarşılıqlı fikir mübadiləsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə uşaq hüquqları sahəsində aparılan dövlət siyasətinə toxunaraq, bu sahədə yeni peşələrin yaranması ilə bağlı, həmçinin yaşıl iqtisadiyyata keçidlə bağlı fikirlər səsləndirib.
İclasın yekununda qeyd olunan məsələlərlə bağlı komissiya üzvlərinin əlavə və təklifləri nəzərə alınmaqla qərar qəbul edilib.
Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti
Digər xəbərlər