Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyi...
10:27 24.09.2026
0
0
0
Cari ilin yanvar-avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara, ümumilikdə, 5,2 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 149 layihənin maliyyələşdirilməsinə yönəldilib.
"Şərq qapısı" Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb.
Maliyyələşdirilmiş layihələrin 91,3 faizi, güzəştli kredit məbləğinin isə 64,8 faizi Naxçıvan şəhərindən başqa digər rayon və kəndlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Digər xəbərlər