NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında 16 iyuna olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, 16 iyun saat 21:00-a qədər Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  günün müxtəlif saatlarında bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli  yağış yağacağı və şimşək çaxacağı gözlənilir.
Şərq küləyinin sürətinin 9-14 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi ehtimal olunur.
Havanın temperaturunun gecə saatlarında 17-22° isti, gündüz isə 32-37° isti olacağı proqnozlaşdırılır.

Nəşr edilib : 16.06.2025 11:57