Ombudsman: Ermənistanın hərbi təcavüzü beynəlxalq ...
18:00 26.06.2025
0
0
0
İyunun 25-də 2025-2026-cı tədris ili üçün Naxçıvan Qızlar və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib.
İmtahanlarda VI və VII sinifləri bitirən şagirdlər iştirak edib.
Naxçıvan Qızlar Liseyində keçirilən imtahanda 63, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən qəbul imtahanında isə 234 şagird imtahan verib.
İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında, ümumilikdə, 60 sual təqdim olunub və 150 dəqiqə vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, liseylərə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.
İmtahan nəticələri iyulun 9-dan etibarən şagirdlərin elektron yerdəyişmə portalında (sy.edu.az) yerləşdiriləcək.
Qeyd edək ki, ötən tədris ilindən muxtar respublikada liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.
Digər xəbərlər