NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Naxçıvan şəhərinin mərkəzi meydanında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilir

...

Hazırda Naxçıvan şəhərinin mərkəzi meydanında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilir.
Bayram proqramı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış edirlər. Bu axşam Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun iştirakı ilə tamaşaçılara möhtəşəm musiqi nömrələri təqdim olunacaq.
Qeyd edək ki, gecə saat 00:00-da Naxçıvan səmasını bəzəyəcək möhtəşəm atəşfəşanlıq bayram əhvali-ruhiyyəsini daha da yüksəldəcək.

Nəşr edilib : 31.12.2025 20:57