İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
“Bunraku” stilli tamaşa dedik də, bəlkə də, çoxumuzun ağlında təkcə kuklalardan ibarət bir tamaşa üslubu canlanır. Bu üslub 1872-ci ildən başlayaraq Yaponiyanın Osaka şəhərindən cərəyan edərək Umemura Bunrakkendən adı ilə populyarlaşmışdır. Azərbaycanda da bu tamaşanın izləri müxtəlif zamanlarda özünü göstərməyi bacarıb. Artıq Azərbaycan teatr mədəniyyətində danılmaz rol oynayan Naxçıvan teatrında da bunraku üslubundan istifadə olunmağa başlanılıb. Biz də bu rəngarəng və maraqdoğuran tamaşa üslubu ilə daha yaxından tanış olmaq üçün üz tutduq Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrına. Bizi teatrın direktoru Səyyad Məmmədov qarşıladı.
Yeni üslub və yeni yanaşmalar ilə teatra yeni nəfəs gətirən Səyyad müəllim bizi maraqlandıran sualları cavablandırır, digər tərəfdən isə bu tamaşa üçün teatrda
düzəldilən yeni kuklaları göstərir. Direktorun sözlərinə görə, “Bunraku” deyiləndə aktyorların qara geyimdə, arxa fonda kuklaları bədənlərinə geyinərək nümayiş etdirilməsinə deyilir. Yəni bu üslubun dünyada nümayiş olunan formasından istifadə olunub. Hərfi mənası isə “Boy kuklaları” deməkdir. Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfədir ki, bu üslubdan istifadə olunur. Maraqla qarşılanan bu üslub tamaşaçılar tərəfindən böyük rəğbət qazanıb. Artıq ikinci dəfədir ki, teatr bu üslubda yaradılan tamaşasını öz auditoriyasına təqdim edib. Bu tamaşalar nəinki balacaların, hətta onların valideynlərinin də diqqətini özündə cəmləməyi bacarıb. Bayram İskəndərlinin “Özgəyə quyu qazan” tamaşası Naxçıvan teatrında bunraku stilində hazırlanıb. 6 nəfərlik idarə heyəti ilə hazırlanan tamaşada hadisələr meşədə cərəyan edir, heyvanların dili ilə cəmiyyətdə olan proseslər tamaşaçıların diqqətinə çatdırılır.
“Kukla teatrı”nın planları içərisində gələcək zamanlarda bu üslubda tamaşaların yenidən göstərilməsi planlaşdırılır. Kukla teatrının digər teatrlara nisbətən fəaliyyət istiqaməti çoxşaxəlidir. “Mən Naxçıvan Dövlət Musiqili DramTeatrında da aktyor kimi fəaliyyət göstərirəm. Buradakı aktyorlardaha çox səhnə çəkirlər, digər teatrlarda isə hazır sözlər əzbərləyirsən. Burada isə səhnə arxasında kukla ilə danışırsan, fikrini çatdırmalısan, kuklanın xarakterinə bürünməlisən”, – deyən Səyyad Məmmədov teatrda təkcə kukla tamaşaları deyil, monotamaşaların da nümayişinə yer verildiyini qeyd edir. Dünyanın hər yerində kukla teatrı təkcə uşaqlar üçün yox, böyüklər üçün də tamaşalar göstərir. Bəzən kukla deyəndə hamı elə bilir ki, bura yalnız uşaqlar üçündür. Kukla teatrında gələcək fəaliyyət isti qamətləri arasında bu məfhumu sındırmaq öncəlik təşkil edir. Gələcəkdə kukla teatrının fəaliyyət istiqamətləri sırasında bunraku kimi yeni üslubların Naxçıvan Dövlət Kukla Teatrında istifadəsi dayanır. Teatrın rəhbərliyinin dediyinə görə isə gələcəkdə “Əlcək kukla” adlanan kuklalarla tamaşaların reallaşması nəzərdə tutulur.
Fidan ZAMANOVA
Aysu FƏTƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri
Digər xəbərlər