Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzi...
23:37 26.06.2025
0
0
0
Dövlət qurumlarının rəqəmsal kommunikasiya bacarıqlarının artırılması məqsədilə Naxçıvan Təlim Mərkəzi tərəfindən Sosial Media Marketinqi (SMM) üzrə peşəkar təlimə start verilib.
Təlim Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə təlimə muxtar respublikanın müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərində çalışan 41 əməkdaş cəlb olunub. Təlimlər həftədə 4 saat olmaqla, ümumilikdə, 8 saatlıq proqram çərçivəsində keçirilir.
Qeyd edək ki, təlimin ilk günü Ədliyyə Nazirliyinin akt zalında baş tutub. Sessiya çərçivəsində müasir sosial platformalar üzrə kontentlərin hazırlanması, auditoriyaya uyğun paylaşım strategiyalarının qurulması, platforma seçimləri və vizual təqdimat prinsipləri kimi aktual mövzulara toxunulub.
Təlim peşəkar sosial media mütəxəssisi Aslan Səfərov tərəfindən aparılıb. O, iştirakçılara nəzəri biliklərlə yanaşı, praktiki nümunələr əsasında sosial şəbəkələrdə effektiv kommunikasiya qurmağın yollarını izah edib.
Digər xəbərlər