Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görü...
20:20 22.05.2025
0
0
0
Proqram çərçivəsində təşkil olunan növbəti təlim günü həm məzmunu, həm də təqdimat tərzi ilə iştirakçılar üçün olduqca yaddaqalan və ilhamverici olub.
Sənan Bayramlı tərəfindən təqdim olunan “Düzgün ünsiyyət necə qurulur?” və “Ünsiyyətdə bədən dilinin əhəmiyyəti” mövzularında keçirilən sessiyalar iştirakçılarda böyük maraq oyadıb. Təlim zamanı yalnız nəzəri biliklər deyil, həm də praktiki yanaşmalar, real nümunələr və interaktiv müzakirələr vasitəsilə ünsiyyətin incəlikləri ətraflı izah olunub.
Sessiya boyunca liderlikdə effektiv ünsiyyətin rolu, bədən dilinin mesajlara verdiyi güc və insanlarla düzgün əlaqə qurmağın yolları dərindən təhlil edilib.
Bu təlim rəhbərlərin kommunikasiya bacarıqlarını təkmilləşdirmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və komanda idarəetməsində yeni yanaşmaları mənimsəmək baxımından mühüm bir mərhələ olub.
Digər xəbərlər