Naxçıvan məktəblisi ilk dəfə olaraq respublika fən...
20:12 01.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Tibb Kollecində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tibb Kollecinin direktoru Sona Məmədova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Muxtar Respublika Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi baş ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər. Sonda mövzu ilə bağlı " Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub. Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər