Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
"Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına həyata keçirilən dron hücumları artıq bir neçə gündür, ayrı-ayrı dövlət və hökumət başçısı, ictimaiyyət nümayəndələri tərəfindən haqlı olaraq beynəlxalq hüququn və dövlət suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirilir və qətiyyətlə pislənilir. Məlum terror aktı regionda gərginliyin daha da artmasına, təhlükəsizlik mühitinin kəskin zəifləməsinə və sabitliyə ciddi təhdidlərin yaranmasına səbəb olub. Bildiyimiz kimi, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərinə hörmət beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir. Hər hansı ölkənin ərazisindən digər dövlətə qarşı hərbi xarakterli hücumların həyata keçirilməsi isə bu prinsiplərin açıq şəkildə pozulması deməkdir. Bu baxımdan, Azərbaycandan heç bir təhdid olmadığı halda İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları qəbuledilməzdir, beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməlidir və pislənilir də".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Bəhruz Məmmədov deyib.
Deputat qeyd edib ki, Naxçıvan kimi strateji və həssas bölgədə hərbi gərginliyin yaradılması həm regional təhlükəsizlik, həm də qonşuluq prinsipləri baxımından olduqca yalnış addımdır. Bu təxribat mövcud sülh və əməkdaşlıq mühitinə zərbə vurdu, dövlətlər arasında etimadın sarsılmasına səbəb oldu. Digər tərəfdən, həm Naxçıvan Beynəlxalq Hava Limanının, həm də Babək rayon Şəkərabad kənd tam orta məktəbinin hədəf seçilməsi acizlik və qorxaqlıq əlamətidir. Çünki mülki obyektlərin hədəfə alınması nə hərbi zərurətlə, nə də beynəlxalq hüquq prinsipləri ilə əsaslandırıla bilər. Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında bu hadisəni çirkin terror aktı kimi qiymətləndirdi, cinayət əməlini törədənlərin layiqli cəza almalı olduqlarını vurğuladı: "Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".
Bəhruz Məmmədov vurğulayıb ki, Azərbaycan dünyada daim mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalan dövlət kimi tanınıb. Ölkə öz xarici siyasətində həmişə regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinə üstünlük verib. Azərbaycan İranla münasibətlərdə də həmişə mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq mövqe nümayiş etdirib. Respublikamız dar gündə həmişə qonşularına dəstək olub, məlum müharibə ilə əlaqədar İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Prezident İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib, respublikamız bu ölkənin səfirliyinin Livandakı əməkdaşlarına kömək əlini uzatdığı halda törədilən bu terror aktına dövlət başçısının dediyi kimi, namərdlik və nakişilikdən başqa ad vermək olmaz.
"İrandakı mövcud rejim uzun illərdir, orada yaşayan çoxmilyonlu azərbaycanlılara qarşı ədalətsiz münasibət göstərir. Soydaşlarımızın ana dilində təhsil almaq, mədəniyyətlərini sərbəst şəkildə inkişaf etdirmək və ictimai fəaliyyət göstərmək kimi hüquqları məhdudlaşdırılır. Bu baxımdan, Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar cənublu soydaşlarımız üçün də ümid işığına çevrilib. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması perspektivi, Azərbaycanın qlobal miqyasda artan rolu, yeni tərəfdaşlıq əlaqələrinin qurulması İran rejimində qısqanclıq və qorxu yaradıb. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycana hücum edənlər, mənfur planlar quranlar həmişə peşman olublar və İran da bu qorxaq əməlinə görə peşman olacaq", – deyə Bəhruz Məmmədov əlavə edib.
Digər xəbərlər