NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Naxçıvanda 4 gün yağışlı hava şəraiti gözlənilir

...

Noyabrın 29-u axşam saatlarından başlayaraq dekabrın 2-si axşamadək Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağış yağacağı gözlənilir. 
"Şərq qapısı" xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

Nəşr edilib : 27.11.2026 19:50