NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda 441 milyon manatdan çox sənaye məhsulu istehsal edilib

...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "Şərq qapısı"na verilən məlumata görə, 2025-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olmuşdur ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,2 faiz artaraq 3159,8 manat olub.
Eyni zamanda cari ilin yanvar-noyabr  aylarında muxtar respublikada 441 milyon 468 min 300 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,1 faiz çoxdur. Sənaye məhsulunun 364 milyon 519 min 200 manatı və ya 82,6 faizi malların, 76 milyon 949 min 100 manatı və ya 17,4 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,9 faizi emal, 19,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olub.

Nəşr edilib : 11.12.2025 11:46