Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı, ümumilikdə, 58 hərrac təşkil olunub.
Hərraclar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.
Keçirilən hərraclar nəticəsində dövlət mülkiyyətində olan 9 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 15 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan 2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı 2 hərrac keçirilib.
Digər xəbərlər