NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib

...

2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib. 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsindən, ümumilikdə, 1,1 milyon manat daxilolma əldə olunub, bunun 819 min manatı muxtar respublika büdcəsinə yönəldilib.
Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 143 çıxarış verilib.

Nəşr edilib : 22.10.2025 09:47