NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda 9474 daşınmaz əmlak qeydiyyata alınıb

...

2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 9474  daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. 

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 4177-si torpaq sahəsi, 3581-i fərdi yaşayış və bağ evi, 1281-i mənzil, 204-ü qeyri-yaşayış sahəsi, 197-si qeyri-yaşayış binası, 34-ü əmlak kompleksidir.

Cari ilin 11 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə, 2,1 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir.

Nəşr edilib : 23.12.2025 11:35