NAXÇIVAN :

20 Iyul 2026, Bazar ertəsi

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21 faizə yaxın artıb

...

Naxçıvanda 1 iyul 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 faiz artaraq 23 min 630 təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 6,4 faiz artaraq 662 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 20,9 faiz artıb və 7364 təşkil edib.

Nəşr edilib : 07.07.2026 14:40