NAXÇIVAN :

12 Oktyabr 2026, Bazar ertəsi

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

...

Naxçıvan Muxtar Respublikasında 1 oktyabr 2026-cı il tarixə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 11,5 faiz artaraq 24 min 937, aktiv ƏDV ödəyicilərinin sayı isə 9,8 faiz artaraq 683 olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 21,7 faiz artıb və 7414 təşkil edib.

Nəşr edilib : 12.10.2026 11:48