NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda baş verən qəzada avtomobil kanala düşüb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verən qəza zamanı 72-BF-530 dövlət nömrə nişanlı "Renault Megane" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb. Qəzada xəsarət alanlar – Ramin Əliyev, Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Nəşr edilib : 14.03.2026 23:10